SSRİ-nin xalq artisti dünyasını dəyişdi
    • 9-03-2019, 14:26
    • 896

SSRİ-nin xalq artisti dünyasını dəyişdi

SSRİ-nin xalq artisti Vladimir Etuş bu gün Bakı vaxtı ilə 13.30-da dünyasını dəyişib.

News24.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vaxtanqov Teatrının direktoru Kiril Krok məlumat verib. 

Direktorun bildirdiyə görə 97 yaşlı aktyor dünən səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. 

Xatıladaq ki, Azərbaycan tamaşaçılarının daha çox "Qafqaz əsiri" filmindən tanıdığı Vladimir Etuş dəfələrlə Azərbaycanda qonaq olub. Sonuncu dəfə 2013-cü ildə Bakıda olan aktyorun Akademik Rus Dram Teatrında yubileyi qeyd edilmişdi.