Bu nəqliyyat vasitələri ÖZƏLLƏŞDİRİLDİ
    • 23-08-2023, 12:47
    • 242

Bu nəqliyyat vasitələri ÖZƏLLƏŞDİRİLDİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

News24.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, dövlət əmlaklarına ümumilikdə 42 sifariş qəbul edilib.

“UAZ” markalı avtomobilin start qiyməti 3 500 manat olsa da, ən son təklif 8 400 manata yüksəlib. Ilkin qiyməti 8 100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8 570 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35QxX7 linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac avqustun 29-da keçiriləcək.