Alim Qasımovdan “Oyanış” – FOTO – VİDEO
    • 9-03-2019, 15:26
    • 957

Alim Qasımovdan “Oyanış” – FOTO – VİDEO

Müğam ustadı, xalq artisti Alim Qasımov növbəti beynəlxalq layihəsini təqdim edib.

News24.az xəbər verir ki, “Awakening” (“Oyanış”) adlı albomun yaranması hər il Almaniyanın Osnabryuk şəhərində keçirilən “Morgenland” festivalının direktoru fransalı məşhur musiqiçi Mişel Qodrad və prodüser Mişel dreyer tərəfindən təklif olunub.

İl yarım ərzində ərsəyə gələn və  Almaniyada işıq üzü görən diskdə xalq artisti Salman Qəmbərov, kamança ifaçısı Rauf İslamov da yer alıb.

A.Qasımov layihə haqda bunları deyib: “Almaniyada baş keçirilən festivala tez-tez dəvət alırıq. Bir dəfə böyük bir kilsə idi və mən orada azan səsləndirmişəm. Bu da Allahın qismətidir. Bu isə o deməkdir ki, əzilib sıxılmaqlarına baxmayaraq, müsəlman ölkələri qalib gələcək. Dəmir döyülə-döyülə bərkiyir. Bu festivala bizim kimi dünya folklorları da qatılır. Almaniyanın bir neçə şəhərində bu layihə tipli bir neçə konsert verdik. Görünür disk istehsal edən şəxsin xoşuna gəlib ki, belə bir təklif edib. Biz də araşdırdıb gördük ki, normaldır və bu işi gördük.

Layihədə xarici musiqiçinin yer alması bizim musiqimizə başqa millətlərin qulaq asmasına bir başa təsir edəcək. Bu da bizi çox şərəfləndirir. Bu, bizim musiqimizə çox lazımdır”.

Təqdimat mərasimində maraqlı məqam da yaşanıb.

Tədbirin sonuna az qalmış xalq artistinin qızı əməkdar artist Fərqanə Qasımova məkana gəlib. Bunu görən A.Qasımov gecikdiyi üçün qızından incidiyini bildirib.

Lakin Fərqanə Qasımova təqdimatın vaxtının ona yeni deyildiyini və əsas özünün Alim Qasımovdan incidiyini deyib.4