ÜST meymun çiçəyinə qarşı reaksiya hazırlayır
    • 23-08-2023, 15:32
    • 157

ÜST meymun çiçəyinə qarşı reaksiya hazırlayır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun xəstəliyinin insandan insana ötürülməsini aradan qaldırmaq üçün qlobal strategiya hazırlayır. 

News24.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

 Qurumun materialında qeyd olunur ki, xəstəliklə mübarizəyə uzunmüddətli əsasda diqqət və dəstək verilməsini zəruri hesab edir.

Qeyd edək ki, may ayında Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus meymun çiçəyi ilə bağlı qlobal ictimai səhiyyə fövqəladə halının sona çatdığını elan edib. ÜST-ün məlumatına görə, xəstəlik 2022-ci ilin mayında müxtəlif ölkələrdə yayılmağa başlayıb.

 

Ayşən