Belçika meymun çiçəyinə  yoluxanlara karantin tətbiq edəcək
    • 23-05-2022, 13:55
    • 397

Belçika meymun çiçəyinə yoluxanlara karantin tətbiq edəcək

Belçika meymun çiçəyi virusuna yoluxanlara 21 günlük karantin tətbiq edəcək.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Belçika bir həftə ərzində 3 hadisə aşkar edildikdən sonra meymun çiçəyi virusu olanlar üçün 21 günlük məcburi karantin tətbiq edən ilk ölkə oldu.

Qeyd edək ki, Belçikada ilk hadisə mayın 19-da qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 80 meymun çiçəyi hadisəsini təsdiqləyib, 50 hadisə isə hələ də araşdırılır.