-
- 24-08-2023, 01:19
- 306
Yanvar-iyul aylarında Azərbaycana 183 ölkədən turist gəlib
Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faizdən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, gələnlərin 32,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faizi olmaqla İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faizi olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil edib.