Azərbaycanlı idmançı İranda həbs edildi - FOTO
    • 24-08-2023, 11:23
    • 600

Azərbaycanlı idmançı İranda həbs edildi - FOTO

İranda güneyli idmançı həbs edilib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

İranda İnsan Haqları Təşkilatı - HRANA məlumat verir ki, boksçu Ümid Mustafazdə Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, həbsxanaya aparılıb. 

Qeyd edək ki, hələlik idmançının həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur. 

Xatırladaq ki, o, “Traktor” futbol komandasının oyununda Urmu gölünün qəsdən qurudulmasına qarşı etiraz şüarları səsləndirib və Türkiyənin beynəlxalq yarışlarında Urmu gölünü dəstəkləyən pankartlar nümayiş etdirib.

Aynurə