Tanınmış jurnalist məhkəmə zalında HƏBS EDİLDİ
    • 24-08-2023, 14:11
    • 778

Tanınmış jurnalist məhkəmə zalında HƏBS EDİLDİ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə qorxu ilə tələb etməkdə təqsirləndirilən jurnalist Cəmil Məmmədli məhkəmə zalından həbs edilib. 

News24.az-ın məlumatın görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında əvvəlcə anket məlumatları dəqiqləşdirilib.

 Daha sonra dövlət ittihamçısı istintaq müddətində Cəmil Məmmədli barəsində seçilmiş polisə nəzarət qətimkan tədbrinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. 

Hakim təqdimatı təmin edib və Cəmil Məmmədli məhkəmə zalında həbs olunub. 

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur. 

Samir Əli