TƏCİLİ: Krımda Ukrayna bayrağı QALDIRILDI - VİDEO
    • 24-08-2023, 14:55
    • 826

TƏCİLİ: Krımda Ukrayna bayrağı QALDIRILDI - VİDEO

Ukrayna kəşfiyyatı bu gün Krımda xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə endirilib. Kəşfiyyatçılar Krım ərazisində Ukrayna bayrağını asıblar.

News24.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.

“Tapşırığın icrası zamanı ukraynalı müdafiəçilər işğalçı bölmələri ilə toqquşmaya başlayıblar. Nəticədə düşmən şəxsi heyət arasında itki verib, düşmənin texnikası məhv edilib. Həmçinin Ukrayna Krımda dövlət bayrağı yenidən dalğalanıb. Bütün məqsəd və vəzifələr yerinə yetirildi. Xüsusi əməliyyat başa çatdıqdan sonra ukraynalı müdafiəçilər itkisiz hadisə yerini tərk ediblər”, - məlumatda qeyd olunub.

Baş Kəşfiyyat İdarəsi onu da əlavə edir ki, Krımın qondarma “administrasiyası” yerli əhalinin kütləvi müraciətlərinə baxmayaraq, baş verənləri şərh etmir. Eyni zamanda, yeganə məlumat guya “müəyyən edilmiş qrafik üzrə döyüş sursatı məhv edilməsi” ilə bağlıdır.

Akqabay