-
- 24-08-2023, 16:14
- 388
Belarusla sərhəddə Polşa əsgərlərinə atəş açıldı
Polşa-Belarus sərhədində qeyri-qanuni miqrantların təcavüzü artır, vəziyyət çox ağırdır.
News24.az xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin mətbuat katibi Stanislav Jarin bildirib.
"Belarusla sərhəddə təcavüz dalğası böyüyür. Polşa patrullarına hücum edilir, daş-qalaq edilir... Patrul maşını məhv edilib, bir neçə pnevmatik güllə atılıb"- o deyib.
O, bir neçə həftədir ki, Belarusla sərhəddə vəziyyətin çox çətin olduğunu vurğulayıb.
Aydan