-
- 24-08-2023, 16:39
- 188
İsrailli nazirdən qalmaqallı açıqlama: "Biz onlardan üstünük"
İsrail İfrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvir yenə qalmaqallı sözlərlə dünya gündəmindədir.
News24.az xəbər verir ki, daha əvvəl israillilərə hücum edən fələstinlilərin "elektrikli kürsüdə" edam edilməsi lazım olduğunu müdafiə edən Ben-Qvir ərəblərdən üstün olduğunu iddia edib.
Ben Qvir Channel 12 News-a verdiyi müsahibədə "Mənim, həyat yoldaşım və uşaqlarımın Yəhudeya və Samariyada fəaliyyət göstərmək hüququ ərəblərin sərbəst hərəkət etməsindən daha vacibdir" deyərək fələstinli jurnalist Məhəmməd Məqadliyə deyib.
Xatırladaq ki, Ben Qvir daha əvvəl yəhudi terror təşkilatını dəstəkləməklə ərəblərə və qeyri-yəhudilərə qarşı irqçiliyi təbliğ etdiyi üçün məhkum edilib.
Aydan