Günəşdə nəhəng ləkə tapıldı! Təhlükə yaxınlaşır? FOTO
    • 24-08-2023, 16:54
    • 196

Günəşdə nəhəng ləkə tapıldı! Təhlükə yaxınlaşır? FOTO

Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) Marsdan belə görünəcək qədər böyük bir ləkə olduğunu aşkar edib. 

News24.az xəbər verir ki, kəşf edilən bu nöqtənin günəş ləkəsi olduğu deyilib.

Günəş ləkəsi adlanan bu tünd kölgənin ətrafdan daha soyuq olduğu müəyyən edilib və mütəxəssislər bunun Yerin elektrik şəbəkələrini sıradan çıxara biləcək enerjili partlayışlara səbəb olacağı barədə xəbərdarlıq ediblər.

Günəş ləkələri ətrafdakılardan daha aşağı temperaturda olduğu üçün onları adi gözlə görmək daha asandır. Bu ləkələr adətən qaranlıq və soyuq olur, çünki maqnit sahələri normaldan daha aşağı temperatur və sıxlıqda qazın səthinə nüfuz edir və bu bölgədə istilik enerjisi azalır.

Aydan