Hərbi Hava Qüvvələrində təlimlər keçirildi - VİDEO
    • 25-08-2023, 12:35
    • 145

Hərbi Hava Qüvvələrində təlimlər keçirildi - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər icra olunub.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.