Hərbi Hava Qüvvələrində təlimlər keçirildi - Video
    • 30-03-2022, 17:49
    • 1 622

Hərbi Hava Qüvvələrində təlimlər keçirildi - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.

Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.