-
- 25-08-2023, 13:03
- 432
Dollara tələb artır: Manatın məzənnəsi necə dəyişəcək?
"Dollara tələb artmaqda davam edir. Bu həftə təşkil edilən son 2 hərraclarda son dövrlərin rekord dollar satışı qeydə alınıb: 121 milyon 230 min dollarlıq tələb. Son 3 hərrac üzrə tələb artan dinamika üzrə dəyişib. Əgər avqustun 17-də 41,3 milyon dollar alınmışdırsa, avqustun 22-də tələb 59,9 milyon, dünən isə 61,33 milyon dollar olub".
News24.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır:
"Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollar tələbin artması daha çox korporativ faktorlar ilə bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir"
Deputatın sözlərinə görə, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir:
"Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir"
Aydan