Bakıda qəza olub, sıxlıq YARANDI
    • 25-08-2023, 15:17
    • 195

Bakıda qəza olub, sıxlıq YARANDI

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

NİİM-dən News24.az-a verilən məlumata görə, qəza paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində qeydə alınıb. Hazırda qəza səbəbindən Azadlıq prospekti ilə kəsişmədən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması üçün işlər görülür.