Azərbaycan yığmasının üzvü intihar etdi - FOTO
    • 10-03-2019, 18:15
    • 1 971

Azərbaycan yığmasının üzvü intihar etdi - FOTO

Bakı şəhərində özünü binadan atan qız Azərbaycan yığmasının üzvüdür

4 gün əvvəl Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində intihar olub.

News24.az-ın məlumatına görə, gecə saat 03:00-da 14 yaşlı Nurlana Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum olmasa da, onunla bağlı bəzi məlumatlar dəqiqləşib.

Belə ki, 14 yaşlı Nurlana Azərbaycan Kopoera Federasiyasının üzvü olub və Azərbaycan yığmasının heyətində yer alıb. O, bir sıra Respublika və beynəlxalq yarışlarda iştirak edərək qaliblər sırasına düşüb. Çox istedadlı qız olan Nurlana rus, ingilis, alman və çin dillərini bilirmiş. Yaxınları onun məşq zamanı yıxıldığını qeyd ediblər. Nurlana istedadlı yeniyetmə kimi Müasir Azərbaycan Gəncliyi layihəsinə də qoşulub və AzTV-də efirə çıxan MAG proqramının qonağı olub.

14 yaşlı Nurlananın ölümü ilə bağlı Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb və təhqiqat aparılır.

Taleh BAĞIROV