Bu şəxslərin NƏZƏRİNƏ: Avqust ayının...
    • 25-08-2023, 18:11
    • 350

Bu şəxslərin NƏZƏRİNƏ: Avqust ayının...

Avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edilib ki, bundan əvvəl, avqustun 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 15-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.