-
- 11-03-2019, 11:00
- 789
Bakıda bankomatın qarşısında qadını aldadıb pulları ələ keçirdilər
Bakıda bankomatdan pul çıxaran qadını aldadıblar.
News24.az-ın məlumatına görə, Məhəmməd Hadi küçəsində yerləşən Beynəlxalq Banka məxsus bankomata yaxınlaşan 1970-ci il təvəllüdlü Abbasova Sevda Sabir qızı tanımadığı şəxsin onun pullarını ələ keçirdiyini deyib.
Həmin vaxt aparata kartı salıb pul çıxarmaq istəyən qadına yaxınlaşan şəxs həmin aparatda pulun olmadığını deyib və qadına başqa bankomata yaxınlaşmasını məsləhət görüb. Digər aparata yaxınlaşdıqda isə Sevda Abbasova artıq kartında olan 747 manatın götürüldüyünü görüb.
O başına gələnlərlə bağlı 34-cü Polis Bölməsinə müraciət edib.
Taleh BAĞIROV