Bakıda avtobusda qadını soydular
    • 12-03-2019, 11:09
    • 963

Bakıda avtobusda qadını soydular

Bakıda marşrut avtobusunda oğurluq edilib. 

News24.Az-ın məlumatına görə 104 saylı marşrut xəttinin 99 LP 549 nömrəli axtibusunda 1973-cü il təvəllüdlü Əhmədova Mehparə Tofiq qızının çantasından xeyli pul və sənədlər oğurlanıb.
Qadının əl çantasından 10 min rubl, 750 manat, şəxsiyyət vəsiqəsi və sair cibgirlər tərəfindən götürülüb. O, baş vermiş hadisə barədə 34-cü Polis Bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.

Taleh Bağırov