Əlfi Qasımovun anım günü keçirilib – FOTO
    • 11-03-2019, 12:00
    • 2 008

Əlfi Qasımovun anım günü keçirilib – FOTO

Tanınmış yazıçı və naşir Əlfi Qasımovun anım günü keçirilib.

News24.az xəbər verir ki, anım günü ilə əlaqədar yazıçının məzarı başında dostları, qohumları onunla bağlı xatirələrini bölüşüb, məzarı önünə çiçəklər qoyublar.

Qeyd edək ki, yazıçı 1927-ci ldə Ağdamda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirəndən sonra  "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət" qəzetlərində, Azərbaycan Dövlət Nəşriyyat komitəsində məsul vəzifələrdə çalışıb.

Əlfi Qasımov 1985-ci il martın 10-da Bakıda dünyasını dəyişib.

"Qağayı fəryadı" ," Adilənin taleyi", "Məni qınamayın", "Qızburunda tək məzar", "Aytəmizin dəftərləri", " Toy gecəsi", kimi "bestseller"lərin müəllifidir.