FİFA qadın futbolçunu öpən Rubialesə BU CƏZANI VERDİ
    • 26-08-2023, 18:31
    • 480

FİFA qadın futbolçunu öpən Rubialesə BU CƏZANI VERDİ

FİFA dünya çempionatı mərasimində qadın futbolçu Cenni Hermosonun dodaqlarından öpən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi 90 gün müddətinə futbolla bağlı bütün fəaliyyətlərindən uzaqlaşdırıb.

News24.az xarici mediaya istinadən xəbər verir, FİFA həmçinin federasiya prezidentinə futbolçu Cennifer Hermoso və onun ailəsi ilə hər hansı ünsiyyəti qadağan edib. 

"Bu, idmançının hüquqlarını qorumaq üçün vacibdir" - deyə FİFA qeyd edib. 

Məsələyə münasibət bildirən Rubialesi isə belə bir hadisəyə görə istefa verməyəcəyini açıqlayıb.

Günəş Mərd