Leysan Bakı-Şamaxı-Yevlax yolunda HƏRƏKƏTİ MƏHDUDLAŞDIRDI
    • 26-08-2023, 19:37
    • 281

Leysan Bakı-Şamaxı-Yevlax yolunda HƏRƏKƏTİ MƏHDUDLAŞDIRDI

Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.

News24.az APA -ya istinadən xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb. Ərazidə yerləşən obyektlər su altında qalıb.

İlkin məlumatlara əsasən, sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb.

Ümumilikdə 7 avtomobil sel suları altında qalıb.