Bakıda ferma ərazisində YANĞIN OLUB
    • 26-08-2023, 23:52
    • 148

Bakıda ferma ərazisində YANĞIN OLUB

Bakı şəhərinin Xəzər rayonunda ferma ərazisində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, damına və ətrafına yığılan 40 ton ot bağlamasının 7 tonu yanıb.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlələr yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.