Ağcabədidə ot tayaları yandı
    • 30-07-2019, 01:28
    • 1 089

Ağcabədidə ot tayaları yandı

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində həyətyanı sahədə 6 ton ot bağlamasının 2 tonu yanıb. 
News24.az -ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Otuziki kəndində də ümumi sahəsi 1700 m² olan fermanın dam örtüyünün taxta atmaları 150 m² sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.