Zimbabvenin prezidenti yenidən o SEÇİLDİ
    • 27-08-2023, 12:50
    • 142

Zimbabvenin prezidenti yenidən o SEÇİLDİ

Zimbabvenin hazırkı prezident Emmerson Mnanqaqva prezident seçkilərində qalib gəlib.

News24.az xəbər verir ki, bu barədə Zimbabvenin seçki komissiyası məlumat yayıb. 

Komissiyanın məlumatına görə, Mnanqaqva səslərin hesablanması nəticəsində 52,6 faiz, onun əsas rəqibi Nelson Çamisa isə 44 faiz səs toplayıb.

Qeyd edək ki, avqustun 23-də ölkədə prezident və parlament seçkiləri keçirilib. Daha sonra bir sıra seçki məntəqələrində qeydə alınan prosedur pozuntuları səbəbindən səsvermə bir gün uzadılıb. Zimbabvenin prezidentliyi uğrunda hazırkı dövlət başçısı Mnanqaqva da daxil olmaqla 11 namizəd mübarizə aparıb. Bundan əvvəl Mnanqaqva 2018-ci ilin yayında keçirilən seçkilərdə qalib gəlmişdi.

Günəş Mərd