-
- 28-05-2023, 22:06
- 723
Müxalif ANKA nəticələri açıqladı - Səslərin 100%-i sayıldı, qalib odur
ANKA agentliyinin məlumatına görə, səslərin 100 faizi (ölkə daxili) artıq sayılıb.
News24.az xəbər verir ki, nəticələrə görə, hazırki dövlət başçısı, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan 52,09 faiz, müxalifət lideri, Millət İttifaqının rəhbəri Kamal Kılıçdaroğlu 47,91 faiz səs toplayıb.
xxx
20:40
ANKA agentliyi Türkiyədə ikinci tur prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Agentliyin məlumatına görə, səslərin 94,28 faizi artıq sayılıb.
News24.az xəbər verir ki, ANKA-nın nəticələrinəə görə, Rəcəb Tayyib Ərdoğan 51,42 faiz, Kamal Kılıçdaroğlu isə 48,58 faiz səs toplayıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.