Avropada quraqlıq:
    • 28-08-2023, 11:10
    • 194

Avropada quraqlıq: "VƏZİYYƏT GƏRGİNLƏŞƏCƏK"

Getdikcə daha çox Avropa bölgəsi quraqlıq və su qıtlığı ilə üzləşir. Bu, məhsuldarlığın azalmasına səbəb olur.

News24.az xəbər verir ki, bu barədə “Financial Times (FT)” məlumat yayıb. 

Nəşr qeyd edir ki,   problem anomal yüksək temperatur, artan meşə yanğınları və pis siyasətlə daha da dərinləşir.

Qəzetin qeyd etdiyi kimi, Aİ-də quraqlıqların sayı və intensivliyi "kəskin artıb" - 1976-2006-cı illər arasında təxminən 20% - və böyüməkdə davam edir. Eyni zamanda, Dünya Resursları İnstitutu (WRI) proqnozlaşdırır ki, 2030-cu ilə qədər qlobal şirin suya tələbat mövcud təklifi 56% üstələyəcək ki, bu da McKinsey-in 2009-cu il proqnozundan 16% çoxdur.

FT "su böhranı" ilə bağlı iğtişaşların güclənəcəyini proqnozlaşdırır. Bu istiqamətdə Avropanın ən böyük su istehlakçıları olan Fransa və İspaniyada fermerlər arasında iğtişaşları misal gətirir.

“Gələcək illərdə pis siyasət, şəxsi maraqlar və sürətli iqlim dəyişikliyinin birləşməsi vəziyyəti daha da gərginləşdirəcək”. - məqalədə deyilir.

OECD-nin Ətraf Mühit Direktorluğunun Su Ehtiyatları Qrupunun rəhbəri Xavier Leflaive deyib ki, Avropada su qıtlığından tamamilə immun olan heç bir ölkə yoxdur.


Ayşən