2023-cü il rekordu: dünyada görünməmiş kataklizmlər proqnozlaşdırılır
    • 18-07-2023, 12:56
    • 259

2023-cü il rekordu: dünyada görünməmiş kataklizmlər proqnozlaşdırılır

Planetdə isti dalğası zəncirvari reaksiyaya və əvvəllər heç vaxt görülməmiş bir sıra ekstremal hava hadisələrinə səbəb olacaq.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Çin alimləri gəliblər.

Onların sözlərinə görə, temperaturun yüksək olduğu günlərin sayı daha da artacaq. Bunun nəticəsində istilik, quraqlıq və meşə yanğınları da daxil olmaqla bir sıra zəncirvari reaksiyalara səbəb olacaq. Hər dərəcə temperatur artımı nəticəsində həddindən artıq yağışlar artacaq.

Alimlər proqnozlaşdırırlar ki, qlobal istiləşmə gücləndikcə əvvəllər baş verməmiş ekstremal hava hadisələri baş verə bilər. Bu isə ən azı yaxın 30-40 ildə müşahidə olunacaq.

Qeyd edilir ki, indiyədək tarixin ən isti dövrü 2016-2020-ci illər arasıdır, lakin 2023-cü il rekordu yeniləyə bilər. Çünki həftə sonu dünyanın müxtəlif yerlərində anomal istilər qeydə alınıb. Bunun nəticəsində ABŞ, Avropa və Asiyada yüz milyonlarla insan həddindən artıq istilərdən təsirlənib.

Aynurə