-
- 28-08-2023, 15:58
- 249
Vahid mexanizm müəyyən ediləcək - Sərəncam
Sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizmi müəyyən ediləcək.
News24.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ilə birlikdə 2024–2025-ci illər ərzində sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin hazırlanmasını, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmasını təmin etməlidir.