Direktor şagirdləri forma almağa məcbur edir? - FOTO
    • 28-08-2023, 17:20
    • 4 642

Direktor şagirdləri forma almağa məcbur edir? - FOTO

Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbdə şagirdlərin məktəbli forması almağa məcbur edildiyi iddia edilir. 

News24.az xəbər verir ki, bu barədə valideynlərdən biri sosial şəbəkədə paylaşım edib.

İddialara görə, direktor Adilə Süleymanova şagirdləri yeni forma almağa məcbur edib. 

İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin sözçüsü İlhamə Abdullayeva bildirdi ki, səsləndirilən iddialar əsassızdır:

"Adilə xanım idarəmizə çağırılıb, söhbət aparılıb. Belə halların yaşanmadığı müəyyən edilib. Adilə xanım vəzifəyə yeni təyin olunub və orada səliqə-sahman yaradır. Bütün fəaliyyəti qanunlara əsaslanır. Onun yenilik etməsi daxildən və xaricdən kimlərinsə xoşuna gəlmir. O səbəbdən belə dedi-qodular yayırlar". 

Qumral Əliyeva