“Qeyri-mümkün tapşırıq. Nəticə” filminin qapalı nümayişi baş tutub - FOTOLAR
    • 26-07-2018, 11:02
    • 1 332

“Qeyri-mümkün tapşırıq. Nəticə” filminin qapalı nümayişi baş tutub - FOTOLAR

24 iyul tarixində Park Cinema Park Bulvar kinoteatrında “Qeyri-mümkün tapşırıq. Nəticə” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutub. Tədbirdə KİV nümayəndələri, media əhli, bloggerlər, aktyorlar, prodüser və rejissorlar iştirak edib.

Filmin özünə gəldikdə isə, heç kimə sirr deyildi ki, film ilin ən çox gözlənilən filmlərindəndir və bu səbəbdən zal dolu olub.

Film bir çox izləyicilərin gözləntilərini doğrultdu. Yaşının 56 olmasına baxmayaraq, kaskadyor köməyi olmadan Tom Kruzun özünün yerinə yetirdiyi fəndlərlə dolu səhnələr neyə desəniz dəyər. “Qeyri-mümkün tapşırıq” filminin altıncı hissəsinin çəkilişləri zamanı aktyor dəfələrlə həyatını riskə atıb.

O, şosseyə bağlanmış kanatdan tutaraq vertolyotda uçub, yüksək sürətdə motosiklet sürüb, yüksəklikdən uçan təyyarədən təhlükəli tullanış edib. 

Bir çox izləyici Tom  Kruzu xüsusi agent İtan Hantın rolunu canlandırdığı “Qeyri-mümkün tapşırıq” filmindən tanıyır. Eyni adlı teleseriala əsaslanaraq çəkilmiş ilk filmin premyerası 1996-cı ildə baş tutmuşdu, son film isə “Qeyri-mümkün tapşırıq. Nəticə” 22 il sonra çəkilib. Tom Kruzla birgə filmdə Henri Kavill, Saymon Peqq, Rebekka Ferqüson, Alek Bolduin rol almışlar. Filmin rejissoru – Kristofer MakKourri. 

Filmin rejissoru sözügedən filmin öncəki hissələri, həmçinin “Turist”, “Mumiya” və “Cek Riçer” kimi filmlərdən tanıdığımız Kristofer Makkourridir. 

Filmi Park Cinemanın bütün kinoteatrlarında 2D, 3D və IMAX 3D formatlarında izləmək mümkündür. Lakin bu hələ son deyil! Filmi rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla izləmək mümkündür.