Doğma dilində danışa bilməyən Jay Khalibdən etiraflar - FOTO
    • 11-03-2019, 15:30
    • 939

Doğma dilində danışa bilməyən Jay Khalibdən etiraflar - FOTO

Ötən gün Bakı Konqress Mərkəzində azərbaycanəsilli Qazaxıstan müğənnisi Jay Khalibin (Bəxtiyar Məmmədov) ilk solo konserti olub.

News24.Az xəbər verir ki, konsert öncəsi jurnalistlərlə görüşən Jay Khalib Bakı haqda fikir bildirib. Müğənni Bakını özü üçün özəl şəhər adlandırıb:
"Bakıda ruhim rahatlıq və harmoniya tapır. Bura mənim qan vətənimdir. Düzdür, Qazaxıstanda böyümüşəm, oranın mentaliteti ilə yaşamışam. Amma Azərbaycanı da doğma evim hesab edirəm".

Azərbaycan haqda ağızdolusu danışan Jay Khalib bildirib ki, artıq azərbaycan dilini öyrənməyə başlayıb. Qeyd edib ki, həmişə rus dilində danışdığı üçün nə azərbaycan, nə də qazax dilində öyrənməyə vaxtı olmayıb. Hazırda Moskvada gərgin iş qrafiki ilə fəaliyyət göstərən müğənni artıq doğma dillərini öyrənməyə vaxt ayırdığını vurğulayıb. 
Jurnalistlərlə söhbətdən sonra səhnəyə çıxan Jay Khalib maraqlı konsert proqramı ilə çıxış edərək, bir daha azərbaycanlı tamaşaçılarının könlünü fəth edib.

Yeganə RZAXANOVA