"Qarabağ" "İdman TV"-yə qırmızı KART GÖSTƏRDİ
    • 29-08-2023, 10:43
    • 452

"Qarabağ" "İdman TV"-yə qırmızı KART GÖSTƏRDİ

"Qarabağ"ın UEFA Avropa Liqasının "Olimpiya" ilə cavab oyununu "CBC Sport" kanalı yayımlayacaq.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, bazar günü axşamdan etibarən yayımla bağlı anons edilir.

Sadəcə, bunu oyunu televiziya vasitəsilə izləmək istəyənlərin diqqətinə çatdırmaq istəyirik ki,yenə "İdman TV"-nin güdazına gedib matçı qaçırmasınlar. Əslində, Bakıdakı görüşü "İdman TV" göstərməliydi. Hətta matç kanalın proqramına da daxil edilmişdi. Ancaq Sloveniyadakı oyunun yayımının baş tutmaması, daha doğrusu, kanalın "siqnal"ı yalnız 70-ci dəqiqədən sonra alıb yayıma qoşulmasını nəzərə alan "Qarabağ" buna biganə qalmayıb. Ağdam klubu yayımı "CBC Sport"a verib.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" oyunu 31 avqustda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.