-
- 29-08-2023, 11:25
- 178
"Krıma zərbələr Qərblə razılaşdırılıb"- Podolyak
"Qərb Ukrayna Silahlı Qüvvələrinin Krıma zərbə endirməsinə razılıq verib".
News24.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Krıma zərbələr Qərb tərəfdaşları ilə razılaşdırılıb, onlar Kiyevin yarımadada “rusların hər şeyini məhv etmək” ideyasını dəstəkləyirlər.
Siyasətçi xatırladıb ki, bir il əvvəl Qərb müttəfiqləri belə bir ssenaridən imtina etsələr də, indi onlar konsensusa gəliblər.
Podolyak əlavə edib ki, Rusiya ərazisini vuran “naməlum xarakterli” dronların sayı artacaq.
Aydan