Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstana rəsmi səfərə yola düşüb
    • 11-03-2019, 16:05
    • 899

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstana rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə həyata keçirilir.