Partiya sədri Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdi
    • 30-08-2023, 11:33
    • 321

Partiya sədri Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 

News24.az-ın məlumatına görə, Sosial Ədalət Partiyasının (SƏP) sədri Mətləb Mütəllimli bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Partiya sədri icra hakimiyyətini inzibati orqanların aktlarının icrası ilə bağlı hərəkətsizlikdə ittiham edir. 

İddia hakim Mehriban Qarayevanın icratına verilib. 

Xatırladaq ki, M. Mütəllimli bir müddət Azərbaycan Respublikası Baş prokurorunun müavini, 1995-ci ildə I çağırış Milli Məclisin deputatı olub.  

O 1994-cü ildən təsis etdiyi Sosial Ədalət Partiyasının sədridir. 

Samir Əli