Un məmulatlarının keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim EDİLDİ
    • 30-08-2023, 11:41
    • 285

Un məmulatlarının keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim EDİLDİ

“Bakıdan Xankəndiyə göndərilən un məmulatlarının keyfiyyət sertifikatı var. Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

“Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.