Bakıdan Qarabağdakı erməni sakinlərə yardım GÖNDƏRİLDİ
    • 29-08-2023, 09:42
    • 805

Bakıdan Qarabağdakı erməni sakinlərə yardım GÖNDƏRİLDİ

Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.


***

09:26

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

News24.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.