5 kiloqramdan çox zinət əşyaları aşkar EDİLDİ
    • 30-08-2023, 12:29
    • 153

5 kiloqramdan çox zinət əşyaları aşkar EDİLDİ

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

News24.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Məlumata görə, baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd klon, 134 ədəd boyunbağı-klon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5 200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.