İmran Xan ilə bağlı YENİ QƏRAR
    • 30-08-2023, 14:52
    • 244

İmran Xan ilə bağlı YENİ QƏRAR

Dünən cəzası ləğv edilən Pakistanın keçmiş Baş naziri İmran Xanın həbs vaxtı artırılıb. 

News24.az xəbər verir ki, keçmiş nazirin həbs müddəti 14 gün uzadılıb. Səbəb kimi dövlət sirlərinin yayılması göstərilir.

Qeyd edək ki, İslamabad məhkəməsi dünən Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan çirkli pulların yuyulmasında ittiham olunur. İmran Xanın rəhbərliyi dövründə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

Qumral