"Bəzi pilotlar uçuş təlimlərinə hazırdırlar"- Zalujnı
    • 31-08-2023, 00:29
    • 144

"Bəzi pilotlar uçuş təlimlərinə hazırdırlar"- Zalujnı

"Danimarkada Amerikanın F-16 qırıcılarında təlim keçən ukraynalı pilotların bəziləri artıq təlim keçib və uçuş təlimlərinə başlamağa hazırdırlar".

News24.az "RBC-Ukraine"yə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Teleqramında yazıb.

"Mən Danimarka Krallığının Müdafiə Qərargahının rəisi general Fleminq Lentferlə konstruktiv telefon danışığı apardım", - Zalujnı deyib.

Onun sözlərinə görə, söhbətin əsas mövzusu F-16-da ukraynalı pilotların və mühəndislərin hazırlanmasının müzakirəsi olub.

Leyla SƏMƏNDƏR