Torpaqların azad edilməsi əməliyyatı plan üzrə gedir - Zalujnı
    • 19-06-2023, 22:41
    • 337

Torpaqların azad edilməsi əməliyyatı plan üzrə gedir - Zalujnı

Ukrayna ərazisinin işğaldan azad edilməsi əməliyyatı plana uyğun olaraq davam edir.

News24.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Sergey Şaptala ilə birlikdə biz ən şiddətli döyüşlərin getdiyi ərazilərdə ən çətin tapşırıqları yerinə yetirən qoşun qruplaşmalarında işləmişik.

İşğalçıların şiddətli müqavimətinə baxmayaraq, əsgərlərimiz Ukrayna ərazisini azad etmək üçün əlindən gələni edir. Əməliyyat plan üzrə davam edir. Qələbəni yaxınlaşdıran hər kəsə təşəkkür edirəm", - Zalujnı qeyd edib.