"Birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik" - Prezident
    • 31-08-2023, 11:10
    • 96

"Birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik" - Prezident

"Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir".

News24.az  APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova təbrik məktubunda qeyd edib.

“Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - dövlət başçısı əlavə edib.