“Sədərək” ticarət mərkəzində yenə YANĞIN OLDU
    • 31-08-2023, 12:04
    • 553

“Sədərək” ticarət mərkəzində yenə YANĞIN OLDU

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıralarındakı mağazaların birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Araşdırma aparılır.