-
- 31-08-2023, 13:32
- 608
Seldən zərər çəkənlərə kompensasiya barədə DEPUTATDAN AÇIQLAMA
Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti səbəbilə bölgələrə sel gəldi, leysan, dolu yağdı. Təsərrüfat sahələrinə ziyan dəydi. Təbii fəlakət nəticəsində zərərçəkmişlərə dəyən ziyan qarşılanacaqmı?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Demokrat.az-a açıqlamasında xatırladıb ki, dövlət əksər hallarda təbii fəlakət nəticəsində dəymiş zərəri qarşılayır:
“Ödəniləcək məbləğ ziyanın dərəcəsindən və vətəndaşların etdirdiyi sığortadan asılıdır. Dəfələrlə vətəndaşlara əmlaklarını, təsərrrüfatlarını sığorta etdirmək tövsiyə olunur. Heç kim təbii fəlakətdən sığortalanmayıb. İlin müxtəlif fəsillərində belə hadisələr baş verə bilər. Vətəndaşın sığortası varsa, sözsüz ki, ona dəymiş zərərin həcminə uyğun kompensasiya veriləcək”.
Deputat deyib ki, bəzi təsərrüfat sahələrinə cüzi ziyan dəyib və bərpa oluna bilər:
“Belə təsərrüfat sahiblərinə dövlət tərəfindən kompensasiya verilməsi gözlənilmir. Təbii fəlakətlərin baş verdiyi dövrdə xüsusi fövqəladə komissiyalar yaradılır, onlar yerlərdə dəymiş ziyanın dərəcəsini qiymətləndirir, müəyyən sənədlər tərtib olunur və bunun qarşılığında müxtəlif məbləğdə yardımlar edilir. Yaxşı olar ki, vətəndaşlar təsərrüfatlarını aqrar sığorta etdirsinlər, əmlaklarını sığortalansınlar. O zaman əmin ola bilərlər ki, təbii fəlakət nəticəsində dəymiş ziyan dövlət tərəfindən ödəniləcək”.