Qubanın yeni icra başçısı kimdir? - DOSYE
    • 31-08-2023, 14:07
    • 511

Qubanın yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

News24.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, İlqar Mahmudov bundan əvvəl Elm və Təhsil Nazirliyində çalışıb. 

O, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsini tutub.

İlqar Mahmudov uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru da olub.