-
- 1-09-2023, 12:57
- 216
"Rusiya dolları atmayacaq" - LAVROV
"Rusiya Federasiyasının ABŞ valyutasını “atmaq” istəyi yoxdur. ABŞ-ın özü artıq dolların hər kəs üçün məqbul olan rolunu təmin etməklə məşğul deyil"
News24.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əlbəttə, biz öz xəttimizi nə ABŞ-a, nə də Qərbə qarşı qururuq. Biz dolları məhv etmək istəmirik”, - o deyib.
O, Rusiya Federasiyasının digər ölkələrlə bərabərlik və “maraqların ədalətli balansı” axtarışına əsaslanan münasibətləri inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green BRİKS ölkələri arasında əməkdaşlığın güclənməsi səbəbindən dolların ucuzlaşması təhlükəsini açıqlamışdı.
Ayşən