Ukrayna ilə danışıqlar dalana dirənib - Sergey Lavrov
    • 22-04-2022, 21:17
    • 348

Ukrayna ilə danışıqlar dalana dirənib - Sergey Lavrov

Rusiya Xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə ölkəsi arasında atəşkəslə bağlı danışıqların dalana dirəndiyini bildirib.

Rusiya XİN rəhbəri Moskvada Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ukrayna ilə bağlı açıqlamalar verib.

Rusiya ilə Ukrayna arasında davam edən danışıqların yavaş-yavaş irəlilədiyini bildirən Lavrov deyib: 

"Biz danışıqlar aparırdıq, indi dalana dirəndi. Çünki 5 gün əvvəl ukraynalı müzakirəçilərə təqdim etdiyimiz və o vaxt alınan şərhlər nəzərə alınaraq formalaşdırdığımız təklif cavabsız qaldı". /Publika.az/