"Ermənistan təxribatları artıracaq" - DEPUTAT
    • 1-09-2023, 19:09
    • 710

"Ermənistan təxribatları artıracaq" - DEPUTAT

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindən Azərbaycan bölmələrinin yerləşdiyi mövqeyi atəşə tutub. Bu zaman silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından istifadə edilib.

Ermənilərin bu təxribatı nəticəsində 3 əsgərimiz yaralanıb.

Mövzu ilə bağlı News24.az-a danışan deputat Arzu Nağıyev bildirdi ki, Araik Arutyunyanın “istefası”ndan sonra separatçı qüvvələrin təxribatlara əl atacağı istisna edilmirdi. 

“Son vaxtlar "humanit yardım" şousu ilə bərabər, həm də Ermənistan ciddi cəhdlə müxtəlif istiqamətlərdə, xüsusilə Kəlbəcərdə qoşun və hərbi birləşmələrin cəmləşdirilməsini davam etdirir. Bu gün Azərbaycana qarşı törətdikləri təxribatların layiqli cavabını aldılar. Ermənistan mediası   təxribatlarını gizlədib güya Azərbaycanın atəşkəsi pozması ilə bağlı dezinformasiyalar yayıb. Digər bir məsələ isə separatçıların qondarma rəhbəri "istefa"ya göndərildikdən sonra məlumdur ki, separatçı qüvvələr həm İrəvanda, həm də Xankəndində baş qaldırıb daha ciddi təxribatlara əl atacaqlar. Paşinyan hakimiyyəti nə qədər sülhün bərqərar olmasına dair bəyanatlar versə də bu sadəcə söz olaraq qalır. Çünki digər "siyasi qüvvələr" bunun əleyhinədir. Məhz Azərbaycanda akreditə olunmuş hərbi attaşelərin və başqa diplomatların Ağdam-Xankəndi yoluna getməsi, baş verən prosesləri öz gözləri ilə görməsi bir daha sübut edir ki, bu "humanitar təhlükə" siyasi bir oyundur. Buna görə də təxribatlar davam edir. Onlar layiqli cavabını alacaqlar”. 

Deputat hesab edir ki, baş verən bütün hadisələr sülh prosesinin qarşısını almaq üçündür. 

Onun sözlərinə görə, Moskvada keçirilən Türkiyə-Rusiya görüşündə Rusiya öz mözqeyini bildirdikdən sonra ermənilər təxribatların sayını daha da artırırlar.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının, və yaxud müşahidəçilərin sərhədə gətirilməsi ilə bağlı hamısı təsir edən mexanizmlərdir. Azərbaycan öz daxili və xarci siyasətini sülhün bərqərar olması istiqamətində təxribatlara cavab verməklə aparacaq. Azərbaycan torpaqlarında heçvaxt ikinci Ermənistan dövlətinin yaranması birmənalı şəkildə mümkün olmayacaq. Ermənistan mətbuatında tez-tez Rusiya çağırışları etməsi, Rusiyanı da prosesə daxil etmək məqsədi daşıyır”,- deyə A.Nağıyev fikrini yekunlaşdırdı.

 Ayşən Rəhim